Bakı. Trend:
Azərbaycan Xarici İşlər Nazirliyi Gəncənin Ermənistan tərəfindən ballistik raket atəşinə tutulmasının ildönümü ilə bağlı paylaşım edib.
Trend-in məlumatına görə, Nazirliyin öz "Twitter" səhifəsində edilən paylaşımda bildirilib:
"Bu gün Ermənistanın Azərbaycanın Gəncə şəhərini ballistik raket atəşinə tutaraq, azərbaycanlı mülki əhaliyə qarşı törətdiyi növbəti insanlıq əleyhinə cinayətdən 1 il ötür".