...

Ermənilər alban kilsələrini bərpa adı ilə saxtalaşdırmağa cəhd ediblər - Alban-Udi icmasının rəhbəri

Gündəm Materials 4 Noyabr 2021 13:09 (UTC +04:00)
Ermənilər alban kilsələrini bərpa adı ilə saxtalaşdırmağa cəhd ediblər - Alban-Udi icmasının rəhbəri

Bakı. Fərid Zöhrabov -Trend:

Düşmən bizim tək torpağımızı deyil, mədəni irsimizi də işğal etmişdi.

Bunu Trend-in Qarabağ bürosuna açıqlamasında Xocavənd rayonunun Çinarlı kəndində alban kilsələrini ziyarət edən Alban-Udi Xristian icmasının sədri Robert Mobili deyib.

Onun sözlərinə görə, kənddə alban mədəni irsi çox zəngindir: "Burada iki alban kilsəsi var. Bunlardan böyüyü olan Hadrut inzibati ərazisinə daxil olan Çinarlı kəndində yerləşir və biz onu ziyarətə gəlmişik. Bu ərazi 30 ilə yaxındır ki, erməni işğalında olub. Bir ildir ki, bu ərazilər düşməndən təmizlənib. Hadrut bizim üçün müqəddəs yerdir. Burada bir neçə qədim alban kilsəsi var. Çinarlıda olan alban kilsəsi buna nümunədir. Ermənilər bu kilsələri bərpa adı ilə saxtalaşdırmağa cəhd etsələr də, alban kilsəsi simvolunun elementləri qalıb.

Biz bu gün şəhid və qazilərimizin hesabına bura gəlib məbədlərimizi rahatlıqla ziyarət edə bilirik. Burada şəhidlərimiz üçün dualar edəcəyik, onları heç vaxt unutmayacağıq. Düşmən bizim tək torpağımızı deyil, mədəni irsimizi də işğal etmişdi. Düşmən bu torpaqlarda mədəni irsin çoxunu məhv edib.

Bu gün bizim əsas məqsədimiz odur ki, alban xristian irsini bu ərazilərdə bərpa edək. İşğaldan azad olunmuş ərazilərdə alban kilsələrini və bu irsi gələcək nəsillərə çatdıraq. Bunun üçün alban-udi icması işlər görür. "

Məqalədə:
Xəbər lenti

Xəbər lenti