...

Mingəçevirin yol polisi rəisi işdən çıxmaq üçün nazirə raport yazıb

Gündəm Materials 16 Noyabr 2021 10:10 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Mingəçevir Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi (DYP) bölməsinin rəisi, polis mayoru Cəmşid Abbasov vəzifəsindən azad edilməsi barədə Daxili işlər naziri, general -polkovnik Vilayət Eyvazova raport yazıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Məlumatda bildirilir ki, polis mayorunun işdən azad olunması barədə hələlik əmr yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti