...

Birinci Qarabağ müharibəsində itkin düşənlərin ailələrindən 800-ə yaxın bioloji nümunə götürülüb

Gündəm Materials 17 Fevral 2022 11:19 (UTC +04:00)
Birinci Qarabağ müharibəsində itkin düşənlərin ailələrindən 800-ə yaxın bioloji nümunə götürülüb

Bakı. Elçin Mehdiyev – Trend:

İnsan qalıqlarının gələcək identifikasiyalarına şərait yaratmaq məqsədilə 90-cı illərin münaqişəsi nəticəsində itkin düşmüş şəxslərin 316 ailəsindən 793 bioloji referent nümunəsi götürülüb.

Trend-in məlumatına görə, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Bakı və Bərdə ofislərinin 2021-ci il üçün əsas fəaliyyətləri ilə bağlı hesabatda yer alıb.

Qeyd edilib ki, BQXK-nın neytral vasitəçi qismində iştirakı ilə son döyüşlərin getdiyi ərazilərdə insan qalıqlarının axtarışı və götürülməsi üçün 346 əməliyyat aparılıb.

347 itkin ailəsi psixo-sosial dəstək alıb, 258 itkin ailəsinə nağd pul yardımı göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti