...

Bakı-Sumqayıt elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik edilib

Gündəm Materials 4 Mart 2022 16:35 (UTC +04:00)

Bakı. Fərid Zöhrabov - Trend:

Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” qərarına əsasən qatarların hərəkət cədvəlində dəyişiklik edilib. Belə ki, Bakı-Sumqayıt-Bakı elektrik qatarları 5 mart (şənbə günü) tarixində iş, 6, 7 və 8 mart tarixlərində isə qeyri-iş günlərinin qrafikinə uyğun fəaliyyət göstərəcək.

Bu barədə Trend-in sorğusuna cavab olaraq “Azərbaycan Dəmir Yolları” ASC-dən (ADY) bildirilib.

Xatırladaq ki, Nazirlər Kabineti ötən gün “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” qərar verib. Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 7 mart iş günü ilə 5 mart istirahət gününün yerləri dəyişdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti