...

Bayden Ukrayna üçün lend-liz haqqında qanunu imzalayıb

Gündəm Materials 10 May 2022 00:54 (UTC +04:00)
Bayden Ukrayna üçün lend-liz haqqında qanunu imzalayıb

Bakı. Trend:

ABŞ prezidenti Co Bayden Ukraynaya sürətləndirilmiş yardım proqramının həyata keçirilməsinə imkan verəcək "Ukraynada lend-liz və demokratiyanın müdafiəsi - 2022" haqqında S. 3522 saylı Qanunu təsdiqləyib.

Trend-in məlumatına görə, bu barədə brifinq zamanı Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.

"Prezident bu gün Ukraynanı lazım olan silah və avadanlıqla təmin etmək üçün alətlər qutusunu genişləndirən İcarəyə lend-liz haqqında Qanunu təsdiqləyib", - deyə ABŞ administrasiyasının rəsmisi bildirib.

Sənəd ABŞ prezidentinə Ukraynaya silahların, hərbi texnikanın, dərmanların və ərzaqların sürətlə ötürülməsi üçün lend-liz proqramından istifadə etməyə imkan verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti