...

DİN Salyanda qanunsuz saxlanıldığı deyilən avtomobil barədə açıqlama yaydı

Gündəm Materials 30 İyun 2022 19:04 (UTC +04:00)
DİN Salyanda qanunsuz saxlanıldığı deyilən avtomobil barədə açıqlama yaydı
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə Salyan RPŞ-nin DYP bölməsinin əməkdaşlarının sürücülərə qarşı qanunsuz hərəkətlər etdiyinə və duracaqda saxlanılan avtomobildən qızıl zinyət əşyalarının oğurlanması ilə bağlı yayılan məlumatları araşdırıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı
Nizam Həmidov Trend-ə açıqlamasında bildirib ki, iyunun 29-da Oktay Salayevin idarə etdiyi “VAZ-2107” markalı nəqliyyat vasitəsi arxa dövlət qeydiyyat nişanı olmadığı və avtomobildə konstruksiya dəyişikliyinə yol verildiyi üçün Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

"Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunub, lakin sürücü protokolu imzalamaqdan imtina edib. Həmin avtomobilə hal şahidlərinin də iştirakı ilə baxış keçirildikdən sonra müvəqqəti duracağa yerləşdirilib. Nəqliyyat vasitəsindən qızıl-zinət, eləcə də digər əşyaların oğurlanması ilə bağlı səsləndirilən iddialar isə həqiqəti əks etdirmir və şər-böhtan xarakterlidir.

Qeyd edək ki, Oktay Salayev fevral ayında da həmin avtomobillə yol-hərəkəti qaydalarını pozduğu üçün onun barəsində bir neçə dəfə inzibati protokol tərtib olunub. İnzibati xətaya görə təyin edilən cərimələri ödəmədiyindən onun 240 manat cərimə borcu yaranıb.
Bundan əlavə, yol polisi əməkdaşlarının sürücülərdən pul almasına dair videogörüntülər də paylaşılıb. Həmin görüntülər ötən vaxtlarda çəkilib və görüntülərlə bağlı araşdırmalar aparılıb. Vətəndaşın qış geyimində olması da kadrların yeni olmamasından xəbər verir", - deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti