...

Bişkek-Antalya reysini həyata keçirən təyyarə Bakıda plandankənar eniş edib

Gündəm Materials 13 Avqust 2022 10:09 (UTC +04:00)
Bişkek-Antalya reysini həyata keçirən təyyarə Bakıda plandankənar eniş edib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

"Türk Hava Yolları" aviaşirkətinə məxsus THY4055 Bişkek-Antalya reysini həyata keçirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş etməyi tələb edib.

Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə "Boeing B737" təyyarəsinin plandankənar enməsinə baqaj bölməsində işləyən tüstü sensoru səbəb olub.

Təyyarə saat 09:18-də Bakı hava limanında uğurlu eniş edib.

Hazırda təyyarəyə hava limanının texniki heyəti tərəfindən baxış keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti