...

Qanunsuz ağackəsmə faktları ilə bağlı cinayət işləri başlanıb

Gündəm Materials 30 Avqust 2022 10:59 (UTC +04:00)
Qanunsuz ağackəsmə faktları ilə bağlı cinayət işləri başlanıb

Bakı. Trend:

Vətəndaşların ərizələri, media və səlahiyyətli dövlət qurumlarının məlumatları əsasında növbəti qanunsuz ağackəsmə faktları ilə bağlı Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, araşdırmalarla Xaçmaz rayonunda dövlət mülkiyyətində olan torpaq sahəsində, Lənkəran şəhərində xüsusi mülkiyyətdə olan torpaq sahəsində, İsmayıllı rayonu, Təzəkənd bələdiyyəsinə məxsus torpaq sahəsində meşə fonduna daxil olmayan və Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin Oğuz rayonu ərazisində yerləşən Daşağıl meşəbəyliyinin 8 saylı dolayında meşə fonduna daxil olan müxtəlif cinsli və diametrli ümumilikdə 280-dən çox ağacın qanunsuz kəsilməsi nəticəsində ekosistemə 60 min manat məbləğində maddi ziyanın dəyməsi müəyyən edilib.

Qeyd edilən faktlara görə Cinayət Məcəlləsinin 188.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 259.1, 259.2.3 və 259.2.4-cü (qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.

Xəbər lenti

Xəbər lenti