...

Ağdamın bu hissəsi minalardan tam təmizlənib (FOTO)

Gündəm Materials 29 Noyabr 2022 12:52 (UTC +04:00)
Ağdamın bu hissəsi minalardan tam təmizlənib (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Ağdam. Trend

Ağdam rayonunda Maqsudlu su kanalının Abdınlı, Sarıcalı və Əhmədağalı kəndindən keçən hissəsinin sağ və və sol hissəsi minalardan və partlamamış sursatlardan tam təmizlənib.

Bu barədə Trend-in Ağdama ezam olunmuş əməkdaşına Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətindən bildirilib.

"Bundan sonra da işlərimizi davam etdirəcəyik. Bu istiqamətdə düşmən çoxlu piyada və tank əleyhinə minalar basdırmışdı. Bütün bunlara baxmayaraq biz təhlükəsizlik qaydalarına əməl edərək əraziləri minalardan təmizləyirik", - deyə qeyd olunub.

Xatırladırıq ki, 2020-ci il Vətən müharibəsinin başa çatmasından etibarən bu günədək 268 azərbaycanlı mina partlayışından zərər çəkib, onlardan 3 nəfər jurnalist daxil 45 nəfər həlak olub. Həlak olan 45 nəfərdən 35 nəfər mülki şəxsdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti