...

Sabirabadda qanunsuz ov edən iki nəfər saxlanılıb

Gündəm Materials 14 Yanvar 2023 08:50 (UTC +04:00)
Sabirabadda qanunsuz ov edən iki nəfər saxlanılıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı rayonun Muradbəyli kəndi ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən iki nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan şənbə günü Trend-ə verilən məlumata görə, araşdırmalarla onların Sabirabad rayon sakini Rail Mustafayev və Masallı rayon sakini Fuad Əhədov olduqları müəyyən edilib.

Şöbə əməkdaşları tərəfindən həmin şəxslərdən 2 ədəd ov silahı və qanunsuz olaraq ovlanmış 2 ədəd çöl ördəyi aşkarlanaraq götürülüb.

Faktla bağlı Sabirabad RPŞ-nin Təhqiqat Bölməsində araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti