...

Səbailin sabiq bələdiyyə sədri 2 milyon manata yaxın dələduzluqda təqsirləndirilir - Məhkəmə

Gündəm Materials 16 Yanvar 2023 15:21 (UTC +04:00)
Səbailin sabiq bələdiyyə sədri 2 milyon manata yaxın dələduzluqda təqsirləndirilir - Məhkəmə
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən, Səbail Bələdiyyəsinin sabiq sədri Əhməd Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlanılıb.

Trend-in məlumatına görə, bu gün hakim Məhəmməd Əkbərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra dövlət ittihamçısı işin məhkəmə baxışına verilməsini istəyib.

Məhkəmə yerində müşavirə edərək işin məhkəmə baxışına verilməsi barədə qərar verib.
İş üzrə məhkəmə prosesi yanvarın 25-nə təyin edilib.

İstintaqla Əhməd Hüseynovun qabaqcadan əlbir olan bir qrup şəxs halında dövlət və bələdiyyəyə məxsus, ümumilikdə 1 milyon 824 min manat dəyərində torpaq sahələrini ələ keçirməyə cəhd etməsi, habelə rəsmi sənədi ilə saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib. Əhməd Hüseynova Cinayət Məcəlləsinin 29, 178.4, 309.1, 313 və 320-ci maddələri ilə ittiham elan edilib.

Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti