...

Rusiya sülhməramlılarına məxsus daha 6 avtomobil Laçın yolundan keçib (FOTO)

Gündəm Materials 19 Yanvar 2023 12:35 (UTC +04:00)
Rusiya sülhməramlılarına məxsus daha 6 avtomobil Laçın yolundan keçib (FOTO)

Şuşa. Trend:

Laçın-Xankəndi yolundan Rusiya sülhməramlılara məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.

Trend-in Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Laçın- Xankəndi yolundan maşın karvanı maneəsiz keçid edib. Sülhməramlılara məxsus maşın karvanı 6 yük avtomobilindən ibarət olub.

Maşın karvanı Xankəndi istiqamətində hərəkət edib.

Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 39 gündür davam edir.

Xəbər lenti

Xəbər lenti