...

İsveçdən terrorizmlə mübarizə sahəsində konkret və təsirli addımlar gözləyirik - Türkiyə XİN

Gündəm Materials 22 Yanvar 2023 02:24 (UTC +04:00)
İsveçdən terrorizmlə mübarizə sahəsində konkret və təsirli addımlar gözləyirik - Türkiyə XİN

Bakı. Trend:

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) PKK terror təşkilatı tərəfdarlarının Stokholmdakı aksiyası ilə bağlı açıqlama yayıb.\

Trend-in məlumatına görə, açıqlamada deyilir:

"Müqəddəs kitabımız Qurani-Kərimə edilən iyrənc hücumdan dərhal sonra İsveçin paytaxtı Stokholmda PKK terror təşkilatının aksiyasına icazə verilib. PKK terror təşkilatı ilə əlaqəli qrupların şəhərin mərkəzində dövlət əleyhinə təbliğat aksiyasına icazə verilməsini ən şiddətli şəkildə qınayırıq.

Bu hərəkət terror təşkilatlarının təbliğatının qarşısının alınması üçün İsveçin imzaladığı Üçtərəfli Memorandumun öhdəliklərinin açıq şəkildə pozulmasıdır".

Türkiyə Xarici İşlər Nazirliyi qeyd edib ki, Üçtərəfli Memorandumdan irəli gələn öhdəliklərə bağlı olmaq və bu öhdəliklərin İsveç rəsmiləri tərəfindən praktiki olaraq yerinə yetirilməsi məsələyə iki fərqli yanaşmadır.

"Bir daha vurğulayırıq ki, İsveçdən üçtərəfli memorandum çərçivəsində götürdüyü öhdəliklərə uyğun olaraq, xüsusilə terrorizmlə mübarizə sahəsində ritorikadan kənara çıxan konkret və təsirli addımlar gözləyirik". - deyə Nazirlik bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti