Bakı. Trend:
Qaradağ rayonunda qanunsuz inşa edilmiş tikili sökülüb.
Bu barədə bu gün Trend-ə Qaradağ Rayon İcra Hakimiyyətindən bildirilib.
"Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massiv, 4-cü küçədə vətəndaş Həsənov Pərviz tərəfindən inşa edilmiş qanunsuz tikili sökülmüş, ərazi əvvəlki vəziyyətə gətirilmişdir", - məlumatda deyilir.