...

Azərbaycanın Tehrandakı səfirliyinə hücumun yeni görüntüləri yayılıb (VİDEO)

Gündəm Materials 27 Yanvar 2023 21:25 (UTC +04:00)
Azərbaycanın Tehrandakı səfirliyinə hücumun yeni görüntüləri yayılıb (VİDEO)

Bakı. Trend:

Azərbaycanın Tehrandakı səfirliyinə hücumun daha bir videosu yayılıb.

Trend-in məlumatına görə, videoda cinayətkarın balyozdan istifadə edərək səfirliyin binasına necə girməyə çalışdığı görünür. O, "Molotov" kokteyli atmağa da uğursuz cəhd göstərib.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti