...

İƏT Baş Katibliyi Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pisləyib

Gündəm Materials 28 Yanvar 2023 00:55 (UTC +04:00)
İƏT Baş Katibliyi Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pisləyib

Bakı. Trend:

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi Azərbaycanın İrandakı səfirliyinin təhlükəsizlik xidmətinin rəhbərinin ölümü və iki mühafizəçinin yaralanması ilə nəticələnən səfirliyə qarşı amansız silahlı hücumunu kəskin şəkildə pisləyir.

Trend-in İƏT-ə istinadən bildirib ki, Baş Katiblik alçaq hücumun günahkarlarını məsuliyyətə cəlb etməyə çağırıb və diplomatik nümayəndəliklərin mühafizəsinin və təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıb.

İƏT-in baş katibi Hüseyn İbrahim Taha Azərbaycan hökuməti və xalqı ilə həmrəy olduğunu bildirərək, mərhumun ailəsinə başsağlığı verib və yaralananların tezliklə sağalmasını arzulayıb.

Xatırladaq ki, 27 yanavar Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub.

Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti