...

"YouTube"da "Birgə Canlı Yayım" funksiyası olacaq

Gündəm Materials 7 Fevral 2023 21:00 (UTC +04:00)
"YouTube"da "Birgə Canlı Yayım" funksiyası olacaq
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

"TeamYouTube" "Twitter" hesabından paylaşılan tvitə görə, "YouTube" smartfonlarda "Birgə Canlı Yayım" funksiyasını gətirir.

Trend-in məlumatına görə, bu xüsusiyyət, adından da göründüyü kimi, iki kanalın birlikdə canlı yayımını təmin edəcək. Hər kəsin qonaq ola biləcəyi bu canlı yayımları açmaq üçün kanal sahiblərinin ən azı 50 abunəçisi olmalıdır. Kanal sahibləri canlı yayımdan sonra "YouTube Studio"-da analitikaya baxa biləcəklər. Yayımın qonağı olan insanlar, təbii ki, bu məlumatlara daxil ola bilməyəcəklər.

Hazırda yenilik bir neçə yaradıcı ilə sınaqdan keçirilir. "YouTube Yardım"ın istinad etdiyi postda deyilir ki, o, tezliklə daha çox yaradıcı üçün əlçatan olacaq.

"YouTube"-da "Birgə Canlı Yayım" etmək üçün aşağıdakı addımları yerinə yetirə bilərsiniz;

1) "YouTube" tətbiqinə daxil olun

2) Aşağıdakı Yarat + nişanına klikləyin

3) Yarat+ nişanında “Birgə Canlı Yayım” düyməsinə toxunun

4) Yayım üçün qonaqlar tərəfindən baxılacaq başlıq, təsvir kimi detalları göstərin.

5) "Bitti" düyməsini vurun

6) Canlı yayımın qonağı olacaq şəxs üçün “birgə yayımçı dəvət et” nişanını klikləyin. Linki buradan kopyalayın və ortaq yayıncıya dəvət göndərin.

7) Canlı yayım qonağı gəldikdən sonra "Canlı Yayımı Başlat" nişanını klikləyin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti