...

Kahramanmaraşda 1000-ə yaxın bina dağılıb - Süleyman Soylu

Gündəm Materials 7 Fevral 2023 18:43 (UTC +04:00)
Kahramanmaraşda 1000-ə yaxın bina dağılıb - Süleyman Soylu
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyədə zəlzələ bölgəsi olan Kahramanmaraşda 941 bina dağılıb.

Trend-in məlumatına görə, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.

O qeyd edib ki, bu zamana qədər Kahramanmaraşda 600 nəfər həyatını itirib.

"Axtarış və xilasetmə işləri davam edir", - deyə o əlavə edib.

Xatırladaq ki, ötən gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Xeyli sayda insan həlak olub və yaralanıb.

Zəlzələnin ilk günü - fevralın 6-da Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin 420 nəfərdən ibarət çevik xilasetmə qüvvələri Türkiyəyə yola düşüb.

Fevralın 7-də isə ilkin olaraq mobil səhra hospitalı və 41 nəfərdən ibarət peşəkar tibbi və qeyri-tibbi heyət Türkiyəyə yola düşüb. Daha sonra isə nvöbəti təyyarə ilə dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, ədyal və qızdırıcılar, habelə mobil səhra hospitalı üçün 3 ədəd konteyner yola salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti