...

“AzerGold” QSC Türkiyəyə humanitar yardım göndərib

Gündəm Materials 12 Fevral 2023 11:46 (UTC +04:00)
“AzerGold” QSC Türkiyəyə humanitar yardım göndərib

Trend-i buradan izləyin

Bakı. Trend:

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Türkiyədə baş vermiş güclü zəlzələdən zərər çəkənlərə dəstək məqsədilə qardaş ölkəyə humanitar yardım göndərib.

QSC-dən Trend-ə bildirilib ki, faciədən zərər çəkmiş şəxslərin, eləcə də xilasedici heyətin zəruri ehtiyaclarının qarşılanması məqsədilə generator, elektrik qızdırıcısı, uşaqlar, qadınlar və kişilər üçün isti geyim dəstləri, yataq ləvazimatları və s. mal və avadanlıqlar Heydər Əliyev Fondunun xətti ilə fəlakət zonasına göndərilməsi üçün aidiyyəti üzrə təqdim edilib.

Qeyd edək ki, 6 fevral 2023-cü il tarixində çoxsaylı insan tələfatı və dağıntılarla müşayiət olunan təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsləri ilə qardaş Türkiyəyə könüllü humanitar dəstək tədbirlərinin göstərilməsinə başlanılıb. Bu nəcib çağırışa yüzminlərlə vətəndaş, müxtəlif dövlət və özəl müsəssisələr, o cümlədən vətəndaş cəmiyyəti institutları qoşulublar.

“AzerGold” QSC faciə ilə əlaqədar qardaş Türkiyə dövlətinə və xalqına, o cümlədən həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, dağıntılar altında qalmış insanların tezliklə xilas olmasını, zəlzələnin nəticələrinin qısa zamanda aradan qalxmasını arzulayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti