Bakı. Trend:
Türkiyədə zəlzələdə ölənlərin sayı 36 187-ə çatdı.
Trend bu barədə Türkiyə KİV-lərinə istinadən xəbər verir. İndiyədək zəlzələdə 108 min 68 nəfər yaralanıb. 216 min 347 nəfər bölgədən təxliyə edilib.
Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.