...

Beynəlxalq axtarışda olan şəxs Moldovadan Azərbaycana ekstradisiya edildi

Gündəm Materials 19 Aprel 2023 16:54 (UTC +04:00)
Beynəlxalq axtarışda olan şəxs Moldovadan Azərbaycana ekstradisiya edildi
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq axtarışa verilmiş şəxs Moldovadan Azərbaycana ekstradisiya edilib

Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, qurumun vəsatəti əsasında Moldovanın Baş Prokurorluğu tərəfindən "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşı Babək Sultanovun ölkəmizə ekstradisiyası haqqında qərar qəbul edilib.

Belə ki, Qazax rayon polis şöbəsində istintaq olunan cinayət işi üzrə Babək Sultanovun qabaqcadan əlbir olduğu bir qrup şəxslə qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edib saxlaması və daşımasına əsaslı şübhələr müəyyən edildiyindən Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində beynəlxalq axtarış elan edilib.

Babək Sultanov Moldova Respublikası ərazisində saxlanılaraq aprelin 19-da Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti