...

Səudiyyə Ərəbistanı Sudana 100 milyon dollar humanitar yardım ayıracaq

Gündəm Materials 8 May 2023 03:48 (UTC +04:00)
Səudiyyə Ərəbistanı Sudana 100 milyon dollar humanitar yardım ayıracaq

Bakı. Trend:

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Əl Səud və vəliəhd şahzadə Məhəmməd bin Salman Əl Səud Sudana 100 milyon dollarlıq humanitar yardım üçün tapşırıq veriblər.

Trend-in məlumatına görə, bu barədə Səudiyyənin Ərəbistanının mətbuat agentliyi xəbər verib.

Təşəbbüsün həyata keçirilməsi Kral Salman adına Humanitar Yardım və Humanitar Əməliyyatlar Mərkəzinə həvalə olunub. O, ilk növbədə döyüşlər səbəbindən evlərini tərk etmiş məcburi köçkünlərin ehtiyaclarını ödəməyə çalışacaq.

Mərkəz həmçinin istifadəçilərin birbaşa ianələrini əhatə edən Sudanın mülki əhalisinə kömək etmək üçün onlayn xeyriyyə kampaniyası başlatdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti