...

Zakir Həsənov Türkiyə tərəfinə başsağlığı verib

Gündəm Materials 10 İyun 2023 13:11 (UTC +04:00)
Zakir Həsənov Türkiyə tərəfinə başsağlığı verib

Bakı. Trend:

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülerə başsağlığı ünvanlayıb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, başsağlığında deyilir: "Ankaranın Almadağ bölgəsindəki zavodda baş vermiş partlayış nəticəsində beş nəfərin həlak olması və insanların yaralanması xəbəri məni hədsiz kədərləndirir.

Həlak olmuşlara Allahdan rəhmət diləyir, yaxınlarının dərdinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verir və səbir arzulayıram. Ruhları şad, xatirələri əziz olsun. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm.

Allah rəhmət eləsin".

Xatırladaq ki, bu gün Türkiyənin Almadağ qəsəbəsində yerləşən raket və partlayıcı zavodunda partlayış olub. Türkiyə Milli Müdafiə Nazirliyi partlayış nəticəsində 5 işçinin həlak olduğunu açıqlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti