Bakı.Trend:
Prokurorluqda qanunsuz ağackəsmə halları ilə bağlı cinayət işləri və inzibati xəta haqqında icraatlar başlanılır.
Trend xəbər verir ki, bunu mətbuat konfransında idarə rəisi Elnur Musayev deyib.
Onun sözlərinə görə, 2023-cü ilin birinci yarımilliyində qanunsuz ağackəsmə ilə bağlı Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən 108 məlumata baxılıb, 65 cinayət işi başlanıb, 11-i üzrə araşdırma davam edir, digəriləri üzrə isə müvafiq qərarlar qəbul edilib.
“Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi fəaliyyəti dövründə 274 cinayət işi başlanaraq istintaq edilməsi üçün aidiyyəti istintaq orqanlarına göndərilib. Eyni zamanda yaşıllıqların mühafizəsi ilə bağlı idarədə 6 inzibati xəta haqqında icraat başlanıb”,- deyə o, qeyd edib.