...

Beynəlxalq Qırmızı Xaç Komitəsi öz mandatlarından kənar fəaliyyətlə məşğuldur

Gündəm Materials 11 İyul 2023 17:17 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Sərhəd Xidmətinin bu gün açıqladığı faktlar da göstərir ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) təşkilatı Ermənistan nümayəndəliyinin üzvləri Azərbaycan ərazisində qaçaqmalçılıqla məşğuldurlar.

Bunu Trend-ə açıqlamasında Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyi Xalid Kazımov deyib.

Onun sözlərinə görə, müxtəlif məhsulları ərazilərimizə qeyri-qanuni yollarla keçirtməyə cəhd göstəriblər.

"Bu beynəlxalq təşkilat bugünə qədər öz mandatı çərçivəsində həyata keçirilməli olan fəaliyyətdə dolayısı ilə boyun qaçırıb. Bir faktı xüsusilə vurğulamaq istərdim. Azərbaycanın 4 minə yaxın vətəndaşı itkin sayılır. Bundan başqa Kəlbəcər rayonunun Başlıbel kəndinin 27 dinc sakini 1993-cü ildə ermənilər tərəfindən güllələnib. Onlardan 12 nəfərin dəfn edildiyi yer aşkarlansa da, 13 nəfərin meyidi hələ də tapılmayıb. Baxmayaraq ki, istər həmin dövrdə istərsə də sonrakı dövrlərdə beynəlxalq təşkilatlara həmin şəxslərin cəsədlərin yerinin müəyyənləşdirilməsində köməklik etmələri ilə bağlı müraciət edilsə də heç bir reaksiya verilməyib. Bu beynəlxalq humanitar təşkilat mahiyyətində münaqişə zonasında olan insanlara köməklik gösrtəməli olsa da bugünkü faktlar onu göstərir ki, onlar öz mandatlarından kənar fəaliyyətlə məşğul olurlar."

X. Kazımov qeyd edib ki, Azərbaycan hökuməti ölkəmizin beynəlxalq hüquq normaları əsasında tanınan ərazisində baş vermiş istənilən qeyri-qanuni faktla bağlı tədbir görmək hüququnu özündə saxlayır və BQXK-in qanunsuzluğa yol verən əməkdaşlarıyla bağlı hüquq normaları çərçivəsində addımlıar ata bilər.

"Həmin şəxslər qanun qarşısında cavab verməli təşkilat da faktları etrifa edib müvafiq qiymət verməlidir. Yalnız bundan sonra Azərbaycan ərazilərində həmin təşkilatın fəaliyyətinə icazə verilə bilər. Bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ermənistan nümayəndəliyinin Azərbaycan ərazisində fəaliyyəti nə beynəlxalq nə ölkəmizin qanunvericiliyi ilə yol verilmir. Əgər həmin ərazlərdə yaşayan erməni millətindən olan şəxslər hər hansı humanitar və tibbi yardıma ehtiyac duyarsa bunu Azərbaycan tərəfi edə bilər. Bunun çoxlu nümunələri mövcuddur", - deyə o qeyd edib.

Qeyd edək ki, Ermənistan Respublikası ilə dövlət sərhədində “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsi fəaliyyətə başladığı tarixdən Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus nəqliyyat vasitələrinin dövlət sərhədindən hərəkətinə lazımi şərait yaradılmış, müvafiq qaydada sərhəd və gömrük nəzarətindən keçməklə dövlət sərhədindən buraxılıblar.

Lakin ötən müddət ərzində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən BQXK-ya aid nəqliyyat vasitələrində dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdləri aşkarlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti