...

Avstraliyada qəzaya uğrayan hərbi helikopterin ekipaj üzvləri tapılmayıb

Gündəm Materials 29 İyul 2023 07:39 (UTC +04:00)
Avstraliyada qəzaya uğrayan hərbi helikopterin ekipaj üzvləri tapılmayıb

Bakı. Trend:

Şənbə gecəsi Avstraliyanın şimal-şərqində qəzaya uğrayan hərbi helikopterin ekipaj üzvləri hələ də tapılmayıb və hələki də itkin düşmüş hesab olunurlar.

Trend-in məlumatına görə, bu barədə ölkənin müdafiə naziri Riçard Maylz bildirib.

"Avstraliya ordusuna məxsus "MRH-90" helikopteri Hamilton adasının yaxınlığında [Kernsdən 620 km cənubda yerləşir] qəzaya uğrayıb. Təyyarədə dörd ekipaj üzvü olub və qəzadan dərhal sonra axtarış-xilasetmə əməliyyatlarına başlamaq mümkün olsa da, onlar hələ də tapılmayıb", - deyə nazir qeyd ib.

"Talisman Saber 2023" təliminin rəhbəri Damina Hill bildirib ki, helikopterin qəzaya uğraması ilə əlaqədar olaraq "bütün təlim iştirakçıları üçün Avstraliyada təlimdə fasilə" elan olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti