...

XRİTDX tərəfindən 373 dövlət informasiya sistemində təhlükəsizlik boşluqları və nöqsanlar aşkar edilib

Gündəm Materials 3 Avqust 2023 11:50 (UTC +04:00)
XRİTDX tərəfindən 373 dövlət informasiya sistemində təhlükəsizlik boşluqları və nöqsanlar aşkar edilib
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin 1-ci yarımilində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən dövlət qurumlarında aparılan audit yoxlamaları və monitorinq nəticəsində 373 dövlət informasiya sistemində təhlükəsizlik boşluqları və nöqsanları aşkar edilmiş, audit hesabatları hazırlanmış, tövsiyələrlə bərabər aradan qaldırılması üçün müvafiq qurumlara təqdim edib.

Bu barədə Trend-ə Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən bildiriblər.

Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin eyni dövrü ərzində dövlət qurumlarında aparılan audit/pentest yoxlamaları və monitorinqlər nəticəsində 221 dövlət informasiya sistemində təhlükəsizlik boşluqları və nöqsanları aşkar edilərək müvafiq qurumlara xəbərdarlıqlar edilib.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin CERT Mərkəzi tərəfindən 2014-cü ildən istifadəyə verilmiş "elektron sorğu sistemi" vasitəsi ilə dövlət qurumlarından 1-ci yarımil ərzində 3650 sorğu qəbul edilərək zəruri təhlükəsizlik tədbirləri həyata keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti