...

"ChatGPT" sentyabr ayı üzrə 15.6 milyon dəfə yüklənib

Gündəm Materials 12 Oktyabr 2023 10:20 (UTC +04:00)
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

"OpenAI" şirkətinin süni zəka əsaslı "ChatGPT" çat-botu təkcə veb versiya şəklində deyil, həmçinin "Android" və "iOS" üçün nəzərdə tutulmuş mobil tətbiq şəklində də fəaliyyət göstərir.

Trend-in məlumatına görə, "ChatGPT"nin mobil tətbiqi hər iki platformada sentyabr ayı üzrə 15.6 milyon dəfə yüklənib. Mobil tətbiqin ümumi dövriyyəsi isə 4.58 milyon dollara yüksəlib. Digər tərəfdən analitiklər "OpenAI" şirkətinin "ChatGPT" üzərindən əldə etdiyi gəlirin yüksəlməsi tempində ləngimənin olduğundan xəbər veriblər.

Məlumata əsasən son aylar ərzində "ChatGPT"nin gəliri 30% yüksəlmişdi. Sentyabr ayında bu göstərici 20%-ə endi. Bu, "ChatGPT"nin ödənişli versiyası olan "ChatGPT Plus"ın istifadəçi kütləsinin azalmasına işarə edir. İyun ayından avqust ayına kimi tətbiqin gəliri 2.1 milyon dollardan 3.81 milyon dollara yüksəlmişdi. Çat-botun təmiz gəliri isə 3.2 milyon dollar təşkil edib. Ümumilikdə çat-botun mobil tətbiqi 52.2 milyon dəfə yüklənilib. Ən çox yüklənmə sayı isə tətbiqin "Android" versiyasına aiddir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti