...

Xırdalanda mağazadan 21 min manatlıq telefon oğurlanıb

Gündəm Materials 21 Noyabr 2023 09:58 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Noyabrın 16-na keçən gecə Xırdalan şəhəri ərazisində mağazaların birindən 21430 manat dəyərində 10 ədəd mobil telefonun oğurlanması barədə polisə məlumat daxil olub.

Trend xəbər verir ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Zəngilan rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Z.Fərəcov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti