Bakı. Trend:
"iOS" əməliyyat sistemində 2 kritik boşluq (CVE-2023-42916 və CVE-2023-42917) aşkarlanıb.
Trend xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.
Boşluqlar "iOS" əməliyyat sisteminin veb-brauzerlərdə istifadə etdiyi “WebKit” komponentində aşkarlanıb. Belə ki, kiberdələduz xüsusi olaraq hazırlanmış zərərli veb-səhifəni hədəfə göndərərək cihaz üzərində nəzarəti əldə edə bilər.
Boşluq kiberdələduza cihaz üzərində ixtiyari kodu icra etmək və fərdi məlumatları ələ keçirmək imkanı verir. Təsirə məruz qalan cihazlar aşağdakılardır:
1) “İphone 8” və sonrakı modellər;
2) “İpad Pro”nun bütün modelləri;
3) “İpad Air” 3-cü nəsil və sonrakı modellər;
4) “İpad” 5-ci nəsil və sonrakı modellər;
5) “İpad Mini” 5-ci nəsil və sonrakı modellər;
6) “Apple Watch” 4-cü nəsil və sonrakı modellər;
İstifadəçilərə əməliyyat sisteminin ən son yenilənməsini tətbiq etmək tövsiyə olunur.