...

Perinatal Mərkəzdəki yanğınla bağlı 50-ə yaxın pasiyent təxliyə edilib, bir nəfər tüstüdən zəhərlənib - TƏBİB (YENİLƏNİB) (FOTO)

Gündəm Materials 9 Yanvar 2024 05:50 (UTC +04:00)
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Respublika Perinatal Mərkəzində yanğınla əlaqədar indiyədək 50-ə qədər pasiyentin (yenidoğulmuş, hamilə və zahı qadın) təxliyəsi reallaşıb.

Trend xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

"Xəstəxananın müvafiq şöbəsində müalicə alanların təhlükəsiz şəkildə təxliyəsi həyata keçirilir. Yenidoğulmuşların, hamilə və zahı qadınların təhlükəsizlik tədbirləri çərçivəsində TƏBİB-in tabeliyindəki digər tibb müəssisələrinə təxliyəsi həyata keçirilir. İndiyədək 50-ə qədər pasiyentin (yenidoğulmuş, hamilə və zahı qadın) təxliyəsi reallaşıb", - deyə vurğulanıb.
Qeyd olunub ki, yanğın nəticəsində xəsarət alan olmayıb.

"1 nəfər - Respublika Perinatal Mərkəzinin mühafizəçisi tüstüdən zəhərlənmə səbəbi ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Ona zəruri tibbi xidmət göstərilir. TƏBİB rəhbərliyi hadisə yerindədir. Əlavə məlumat veriləcək", - deyə qurumun məlumatında vurğulanıb.

xxx

04:38

09 yanvar 2024-cü il saat 03:35-də Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində yanğın hadisəsi baş verib.

Trend xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar:

"Yanğınsöndürmə işləri başa çatıb. Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin 12 briqadası hadisə yerinə cəlb olunub.

Zərurət üzrə xəstəxanada müalicə alanların təhlükəsiz təxliyəsi planlaşdırılır. TƏBİB rəhbərliyi hadisə yerindədir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti