...

ABŞ İrandan Çinə mal çatdıran iki şirkətə qarşı sanksiya tətbiq edib

Gündəm Materials 27 Fevral 2024 21:45 (UTC +04:00)
ABŞ İrandan Çinə mal çatdıran iki şirkətə qarşı sanksiya tətbiq edib

Bakı. Trend:

ABŞ hakimiyyəti İran Müdafiə Nazirliyi və onun silahlı qüvvələrinin maraqları naminə Çinə mal tədarük etdiyi iddia edilən iki şirkətə sanksiya tətbiq edib.

Trend-in məlumatına görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin bəyanatında bildirilib.

Sənəddə əsasən, söhbət Honq-Konqda qeydiyyatdan keçən “Kohana” və Marşal adalarında qeydiyyatdan keçmiş “Iridescent” şirkətlərindən gedir.

Bildirilib ki, birinci şirkət "Kohana" gəmisinin sahibi, ikinci isə onun operatorudur. Amerika tərəfinin bildirdiyinə görə, gəmi İrandan Çinə 100 milyon dollar dəyərində yük çatdırıb. Məlumata görə, gəliri isə guya İranın müdafiə nazirliyi əldə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti