Bakı. Trend:
Qəzza zolağında atəşkəsə dair Qahirədə aparılan danışıqlarda irəliləyiş əldə olunub, tərəflər əsas məqamlar üzrə razılığa gəliblər.
Trend-in məlumatına görə, bu barədə məlumatlı mənbəyə istinadən Misir dövlət telekanalı “Əl-Kahera” telekanalı bildirib.
Danışıqlar bazar günü Qahirədə Misir, Qətər, ABŞ, İsrail və "HƏMAS" nümayəndələrinin iştirakı ilə danışıqlar keçirilib. Eyni zamanda telekanal qeyd edib ki, indiyədək onların heç biri müzakirələrdə irəliləyişlə bağlı xəbəri rəsmən təsdiqləməyib.
Bildirilib ki, "HƏMAS" və Qətər nümayəndə heyətləri Qahirəni tərk edib və iki gün ərzində yekun razılaşmanın şərtlərini müzakirə etmək üçün geri qayıdacaqlar, İsrail və ABŞ nümayəndə heyətləri isə bir neçə saat ərzində Misirin paytaxtını tərk edəcəklər.