...

İran İsrailə ballistik raketlər atıb

Gündəm Materials 14 Aprel 2024 01:44 (UTC +04:00)
İran İsrailə ballistik raketlər atıb
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran İsrailə ballistik raketlərin ilk partiyasını atıb.

Trend-in məlumatına görə, bu haqda İranın rəsmi dövlət agentliyinə (IRNA) məlumatlı İran rəsmisi bildirib.

Bildirilir ki, ballistik raketlər İsraildə müəyyən olunan hədəflərə atılıb.

Qeyd edək ki, bu gün (14 aprel) İran İsrailə qarşı “Doğru Vəd” adlı əməliyyata başladığını və İsrailə onlarla PUA və raket atdığını təsdiqləyib.

Qeyd edək ki, 1 apreldə İsrail HHQ-nin Suriya paytaxtı Dəməşqin Mezze məhəlləsini vurması nəticəsində 13 nəfər, o cümlədən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Suriya və Livan üzrə komandanı, general Məhəmməd Rza Zahedi və onun müavini Məhəmməd Hacı Rəhimi ölüb. Həmin vaxtdan sonra İran və İsrail arasında gərginlik artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti