...

ABŞ Gürcüstanla münasibətləri yenidən nəzərdən keçirməyə başlayır

Gündəm Materials 24 May 2024 07:29 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Tbilisidə qəbul edilən "xarici təsir haqqında" qanunla əlaqədar Gürcüstanla ikitərəfli münasibətləri yenidən nəzərdən keçirməyə başlayır.

Trend-in məlumatına görə, bu barədə ABŞ dövlət katibi Antoni Blinken bildirib.

"Bu gün mən ABŞ və Gürcüstan arasında ikitərəfli əməkdaşlığın hərtərəfli baxılmasına başlayıram", - deyə o qeyd edib.

Eyni zamanda, dövlət katibi vurğulayıb ki, “ölkələrimiz arasında münasibətləri nəzərdən keçirərkən, öz qərarlarımızı qəbul edəndə Gürcüstanın hərəkətlərini nəzərə alacağıq”.

O, ümid etdiyini bildirib ki, “Gürcüstan liderləri qanuna yenidən baxacaq və ölkələrinin demokratik və Avro-Atlantik istəklərinə nail olmaq üçün addımlar atacaqlar”.

A.Blinken həmçinin bəyan edib ki, ABŞ Gürcüstana qarşı viza məhdudiyyəti siyasəti tətbiq edəcək. Onun sözlərinə görə, gu məhdudiyyət “ Gürcüstanda demokratiyanın pozulmasına görə məsuliyyət daşıyan və ya bu prosesdə iştirak edən şəxslərə, habelə onların ailə üzvlərinə şamil olunacaq”

Məqalədə:
Xəbər lenti

Xəbər lenti