...

Masallı rayonunda narkotik maddələrlə məşğul olan 4 nəfər saxlanılıb

Hadisə Materials 24 Oktyabr 2007 00:05 (UTC +04:00)

Azərbaycan, Lənkəran / müxbir Trend P.Əliyeva/ Masallı rayon polis şöbəsinin keçirdikləri daha bir əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik maddələrin alışı,satışı və qəbulu ilə məşğul olan 4 nəfər saxlanılıb.Bunlar 43 yaşlı Taryel Əliyev,37 yaşlı Natiq Kişiyev,29 yaşlı Zaur Fətəliyev və 32 yaşlı Etibar Hüseynovdur.Onların üzərinə baxış zamanı müxtəlif çəkilərdə narkotik maddə aşkarlanaraq,maddi sübut kimi götürülüb.Onlar barəsində 234.2 maddəsilə cinayət işinə başlanılıb.

Qeyd edək ki,Masallı rayon ərazisində bu ilin 9 ayı ərzində narkotik maddələrin alışı,satışı və qəbulu ilə məşğul olan 42 fakt aşkarlanıb.32 nəfər cinayət məsuliyyətinə cəlb olunub.Götürülən narkotik maddələrin 157 q-mı heroin,207 ədədi xaş-xaş-kolu (yaş kütləsi 40 kq )olub.

Bu istiqamətdə olan tədbirlər davam etdirilir.

Xəbər lenti

Xəbər lenti