...

Azərbaycanda Rus İcmasının qərb bölgəsi üzrə nümayəndəliyinin sədr müavini qətlə yetirilib

Hadisə Materials 14 May 2008 13:21 (UTC +04:00)
Azərbaycanda Rus İcmasının qərb bölgəsi üzrə nümayəndəliyinin sədr müavini qətlə yetirilib

Azərbaycan, Gəncə,14 may / Trend , müxbir V.Məmmədov/ Gəncədə Rus İcmasının qərb bölgəsi üzrə nümayəndəliyinin sədr müavini mayın 14-nə keçən gecə qətlə yetirilib.

Gəncə şəhər Prokurorluğundan çərşənbə günü Trend a bildirilib ki, Gəncə şəhəri Həsənli qardaşları, ev 6 ünvanında yaşayan 68 yaşlı Nəzərli Nadejda Dmitriyevna yaşadığı mənzildə naməlum şəxslər tərəfindən bıçaqla öldürülüb.

Verilən məlumata görə, Nadejda Dmitriyevnanın üzərində zorakılıq əlamətləri müəyyən olunub. Mərhumun mənzili dağınıq vəziyyətdə olub.

Mərhumun həyətində kirayədə qalan 3 nəfər dindirilir. Faktla bağlı şəhər Prokurorluğunda araşdırma aparılır.

Gəncə paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti