...

Bakıda Norveç Krallığının vətəndaşı qarət edilib

Hadisə Materials 9 Avqust 2008 14:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 avqust / Trend , müxbir S.Kazımlı/ Azərbaycanın paytaxtında Norveç Krallığının vətəndaşı qarət edilib.

Səbail rayon Polis (RPİ) İdarəsinin 9 - cu polis bölməsindən şənbə günü Trend -a verilən məlumata görə, avqustun 7- də gecə saatlarında Milli Parkda yerləşən "Romantika" kafesində Norveç Krallığı Oslo şəhərinin sakini 24 yaşlı Danielsen Lotteninin fotokamerası naməlum şəxs tərəfindən oğurlanıb.

PRİ-nin polis bölməsindən bildirdilər ki, hələlik hadisə ilə bağlı saxlanılan yoxdur. Hazırda bu istiqamətdə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Polis bölməsindən onu da əlavə ediblər ki, əcnəbi xanım Bakıya qonaq gəlibmiş.

Faktla bağlı Səbail RPİ-nin 9-cu polis bölməsində araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti