...

Azərbaycanın cənubunda vərəm xəstəsi dünyasını dəyişib

Hadisə Materials 26 Avqust 2008 11:25 (UTC +04:00)

Azərbaycan, Lənkəran, 26 avqust / Trend , müxbir P. Əliyeva/ Azərbaycanın cənubunda yerləşən (paytaxt Bakıdan 270 km aralıda) Lənkəran rayonunda bazar ertəsi vərəm xəstəsi dünyasını dəyişib.

Trend -un bölgə müxbirinin Lənkəran rayonlararası ağciyər xəstəlikləri dispanserinin baş həkimi Nurəddin Quliyevə istinadən verdiyi məlumata görə, axşam təmiz hava almaq məqsədilə dispanserin həyətində gəzişən rayonun Şıxəkəran kənd sakini, 58 yaşlı Rafiq Quliyevdə ağciyər hayxırması baş verib. 10 günlük stasionar müalicə alan xəstə ağciyər qanaxmasından dünyasını dəyişib. Xəstənin ölümünə səbəb isti hava şəraiti olub.

Dispanserdə 1350 vərəmli xəstə qeydiyyatdadır, 18 xəstə isə stasionar müalicə alır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti