...

Azərbaycanda xeyli sayda silah-sursat tapılıb

Hadisə Materials 23 Sentyabr 2008 16:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 sentyabr / Trend , müxbir S.Kazımlı / Azərbaycanın qərb rayonunda xeyli sayda silah-sursat tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend -a verilən məlumata görə, sentyabrın 22-də Şəmkir rayon Polis Şöbəsi əməkdaşları tərəfindən Şəmkir rayon ərazisindən (Bakının 420 kilometirliyində yerləşəni) 1 ədəd "TOZ-8", 1 ədəd ov tüfəngi, 5 ədəd qumbara, 5 ədəd trotil şaşka, 1 ədəd süngü-bıçaq, 1 ədəd tüstüverici şaşka, 1024 ədəd müxtəlif çaplı patron və 2 ədəd patron darağı tapılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti