Azərbaycan, Bakı, 24 sentyabr/ Trend , müxbir C.Babayeva/ Naxçıan Muxtar Respublikasında keçirilən təlimlər zamanı baş verən bədbəxt hadisə nəticəsində həlak olan Azərbaycan hərbçilərinin adları məlum olub.
Azərbaycan Müdafiə Nazirliyinin mtbuat xidmətinin rəhbəri Eldar Sabiroğlunun Trend -a verdiyi məlumata görə, hadisə zamanı 1989-cu il təvəllüdlü əsgər Orucov Asif Həsən oğlu, 1989-cu il təvəllüdlü əsgr Məmmədov Rauf İlqar oğlu, 1977-ci il təvəllüdlü çavuş Abiyev Mais Tahir oğlu həlak olublar. Əsgərlər 2007-ci il iyun ayında Lənkəran və Göyçay rayonlarının hərbi komissarlıqlarından həqiqi hərbi xidmətə çağırılıblar. Çavuş Əbiyev 2000-ci ildən xidmət edib.
Naxçıan Muxtar Respublikasında keçirilən təlimlər zamanı tankdan atəş açılarkən mərmilərdən biri tankın lüləsində partlayıb və nəticədə ekipajın hər üç üzvü həlak olub.
Məqalə müəllifi ilə əlaqə ünvanı - trend