...

Bakıda avtobusda sərnişinin xeyli miqdarda pulu oğurlanıb

Hadisə Materials 7 Oktyabr 2008 16:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 oktyabr / Trend , müxbir S.Kazımlı / Bakının Nizami rayonunun ərazisində sərnişin avtobusunda 28 yaşlı oğlanın xeyli miqdarda pulu oğurlanıb.

Nizami rayon Polis İdarəsinin (RPİ) 23-ci polis bölməsindən çərşənbə axşamı Trend - a verilən məlumata görə, oktyabrın 6 -da saat 11: 00 radələrində Bakı sakini Anar İbrahimov 1 saylı sərnişin avtobusu ilə Heydər Əliyev prospektində gedərkən naməlum şəxs onun cibindən 7 min ABŞ dollarını oğurlayıb.

Hazırda oğurluq edən şəxsin tutulması için polis əməkdaşları tərəfində əməliyyat - axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Nizami RPİ - də Azərbaycan Cinayət Məcəlləsinin oğurluq (177-ci) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti