...

Azərbaycanın cənubunda yerləşən Lənkəranda oğul anasını döyərək qətlə yetirib

Hadisə Materials 27 Noyabr 2008 10:54 (UTC +04:00)

Azərbaycan, Lənkəran, 27 noyabr / Trend , müxbir P.Əliyeva/ Azərbaycanın cənubunda yerləşən Lənkəranda (paytaxt Bakıdan 270 km məsafədə) oğul anasını döyərək qətlə yetirib. Lənləran rayon Prokurorluğunun müstəntiqi Rəfael Bədəlov Trend -a bildirib ki, noyabrın 26-dan 27-nə keçən gecə, saat 12.00 radələrində rayonun Darquba kənd sakini 32 yaşlı Cəbiyev Səməd Kəlbi oğlu sərxoş vəziyyətdə 72 yaşlı anası Cəbiyeva Şahnisə Rəcəb qızını ağac parçası ilə döyüb. Ana aldığı ağır bədən xəsarətlərindən dünyasını dəyişib.

Müstəntiqin verdiyi məlumata görə, qətl ailə münaqişəsi zəminində baş verib. Bədəlov deyib ki, bu ilk dəfə baş verməyib. Cəbiyev sərxoş vəziyyətdə anasını dəfələrlə döyərək, ona işgəncə verib.

Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120) maddəsi ilə cinayət işi açılıb, Cəbiyev isə təqsirləndirilən şəxs qismində həbs olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti