...

Azərbycan Neft Akademiyasının həyətində xəsarət alan tələbə evə buraxılıb

Hadisə Materials 8 May 2009 13:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 may / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycan Dövlət Neft Akademiyasının həyətində başına daş düşən tələbə xəstəxanadan evə buraxılıb.

Kliniki Tibbi Mərkəzdən cümə günü Trend -a bildirilib ki, xəsarət almış Zaur Bəşirova ilkin tibbi yardım göstəriləndən sonra evə buraxılıb.

Ali məktəbin birinci kurs tələbəsi Bəşirovun başına bu gün səhər saatlarında Dövlət Neft Akademiyasının D.Əliyeva küçəsi, 220 ünvanında yerləşən 1-ci korpusun yaxınlığında inşa olunan tikilidən daş parçası düşüb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsi araşdırma aparır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti