Rusiyanın Sankt-Peterburq şəhərində Türkiyə konsulluğu qarşısında partlayış baş verib. Bu barədə Türkiyənin CİHAN informasiya agentliyi məlumat verib.
Partlayış nəticəsində ölən və yaralananlar yoxdur. Partlayışın terror aktı olması istisna edilir və qaz sızması səbəbindən olduğu bildirilib.