...

Azərbaycan paytaxtında İran vətəndaşı arvadı tərəfindən bıçaqlanıb

Hadisə Materials 27 Oktyabr 2009 10:55 (UTC +04:00)
Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsindən çərşənbə axşamı Trend News-a verilən məlumata görə, rayonun Bülbül prospekti 22-nin qarşısında 30 yaşlı Rezayi Mehdi Teymur oğlu naməlum şəxs tərəfindən bışaqlanıb.
Azərbaycan paytaxtında İran vətəndaşı arvadı tərəfindən bıçaqlanıb

Azərbaycan, Bakı, 27 oktyabr / Trend , muxbir H.Bağırov/

Azərbaycan paytaxtında İran vətəndaşı bıçaqlanıb.

Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsindən çərşənbə axşamı Trend -a verilən məlumata görə, rayonun Bülbül prospekti 22-nin qarşısında 30 yaşlı Rezayi Mehdi Teymur oğlu naməlum şəxs tərəfindən bışaqlanıb. Məlumata görə, kəsilmiş-deşilmiş xəsarətlə kliniki Tibbi Mərkəzə yerləşdirilən İran vətəndaşının səhhəti ağır olduğu bildirilir. Vəziyyəti ağır olduğundan İran vətəndaşının ilkin ifadəsini almaq mümkün olmayıb.

Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilərək, saxlanılıb. Həmin şəxs Mehdi Rezayinin həyat yoldaşı, 33 yaşlı Rezayi Aysel Ziyad qızıdır.

Faktla bağlı cinayət işi başlayıb, istintaq aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti