...

Azərbaycanın qərbində baş verən ağır yol qəzası zamanı iki nəfər ölüb, beş nəfər xəsarət alıb

Hadisə Materials 9 Mart 2010 13:42 (UTC +04:00)
Azərbaycanın qərbində yerləşən Göygöl rayonunda baş verən ağır yol qəzası zamanı iki nəfər ölüb, beş nəfər xəsarət alıb.
Azərbaycanın qərbində baş verən ağır yol qəzası zamanı iki nəfər ölüb, beş nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 09 mart / Trend , müxbir T.Hacıyev/

Azərbaycanın qərbində yerləşən Göygöl rayonunda baş verən ağır yol qəzası zamanı iki nəfər ölüb, beş nəfər xəsarət alıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend -a bildiriblər ki, martın 8-də saat 11:25 radələrində, Göygöl rayonunun Üçtəpə kəndi ərazisində Yeni Qızılca kənd sakini Nəsimi Seyidovun idarə etdiyi "Mercedes" markalı və Gəncə şəhər sakini Vüqar Mehdiyevin idarə etdiyi "VAZ-2107" markalı avtomaşınlar toqquşub.

Nəticədə, Mehdiyev və sərnişini Qiymət Əhmədova hadisə yerində keçinib, xəsarət almış Seyidov və sərnişinləri - Gəncə şəhər sakinləri Rəna Əhmədova, Laçın Əhmədova, Səma Nağızadə və onun qardaşı Məsim xəstəxanaya yerləşdiriliblər.

Göygöl RPŞ tərəfindən araşdırmalar aparılır.

Göygöl paytaxt Bakıdan 400 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti