...

Qırğızıstanın Oş və Cəlalabad vilayətlərində ölənlərin sayı 171 nəfərə çatıb

Hadisə Materials 15 İyun 2010 11:36 (UTC +04:00)
Qırğızıstan Səhiyyə Nazirliyinin mətbuat mərkəzinin dəqiqləşdirilmiş məlumatına əsasən, iyunun 15-i saat 07:00-a olan vəziyyətə görə, həlak olanların sayı 171 nəfərə çatıb. Oş vilayətində ölənlərin sayı 128, Cəlalabad vilayətində isə 43 nəfər təşkil edir. Məlumatı CA-NEWS yayıb.
Qırğızıstanın Oş və Cəlalabad vilayətlərində ölənlərin sayı 171 nəfərə çatıb

Qırğızıstan Səhiyyə Nazirliyinin mətbuat mərkəzinin dəqiqləşdirilmiş məlumatına əsasən, iyunun 15-i saat 07:00-a olan vəziyyətə görə, həlak olanların sayı 171 nəfərə çatıb. Oş vilayətində ölənlərin sayı 128, Cəlalabad vilayətində isə 43 nəfər təşkil edir. Məlumatı CA-NEWS yayıb.

İki vilayətdən tibbi yardım üçün cəmi 1762 nəfər müraciət edib ki, onlardan 826 nəfəri xəstəxanalara yerləşdirilib, 798-i isə ambulator yardım alıb.

Oş vilayətinin məhkəmə-tibbi ekspertiza bürosunun meyitxanasına 33 nəfərin cəsədi gətirilib. Tibbi təşkilatlarla yanaşı, cəsədlər küçələrdən və evlərdən milis əməkdaşları və mülki şəxslər tərəfindən də gətirilib.

Səhiyyə Nazirliyi bildirir ki, həlak olanların cəsədləri tibbi təşkilatlara və ya meyitxanalara gətirilmədən onların qohumları tərəfindən dəfn edilir. Bu da ölənlərin sayının nazirlik tərəfindən göstərilən rəqəmlərdən çox olacağını istisna etmir.

Oş vilayətindən 1267 nəfər tibbi yardım üçün müraciət edib, 665 nəfər xəstəxanaya yerləşdirilib, 507 nəfər isə ambulator yardım alıb.

Cəlalabad vilayətindən 395 nəfər tibbi yardım üçün müraciət edib, onlardan 135-i xəstəxanaya yerləşdirilib, 232-si isə ambulator yardım alıb.

İyunun 13-14-də Oşdan xüsusi aviareyslə ağır xəsarətlərlə 11 nəfər Milli hospitalda (8 yaralı) və Bişkək Travmotoloji və Ortopedik Elmi-Tədqiqat Mərkəzində (BTOETM) (3 yaralı) yerləşdirilib.

Bu gün, iyunun 15-də 20 yaralının Cəlalabad vilayətindən göndərilməsi planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti