...

Bakıda balıqçı qayığı aşıb; ölən və yaralananlar var

Hadisə Materials 18 İyun 2010 12:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda balıqçı qayığı aşıb

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin cümə günü yaydığı məlumata görə, Bakının Qaradağ rayonunda dənizdə balıqçı qayığının çevrilməsi nəticəsində, beş nəfər sudaboğulma təhlükəsi ilə üzləşib.

Hadisə yerinə dərhal cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri dörd balıqçını xilas edib, bir nəfərin isə cəsədi sudan tapılaraq, aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat cümə axşamı saat 20:14-də başa çatıb.

Xəbər lenti

Xəbər lenti